İcra başçısı Badamdarda sakinlərlə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İcra başçısı Badamdarda sakinlərlə görüşüb – FOTO

15:04 - 13 / 06 / 2017
İcra başçısı Badamdarda sakinlərlə görüşüb – FOTO

Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonda keçirilən “Əhali ilə aktiv gürüşlər aylığı” davam edir.

1news.az-ın məlumatına görə, aylıq çərçivəsindəki növbəti görüş rayonun Badamdar qəsəbəsində baş tutub. Rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, təsərrüfat və digər xidmətlərin rəhbərlərinin, idarə və təşkilatların, təhsil və səhiyyə müəssisələrinin, gənclərin və ictimaiyyət nümayəndələrinin, qəsəbə ağsaqqalları və din xadimlərimlərinin iştrakı ilə 236 saylı orta məktəbdə baş tutan görüş ənənəvi olaraq açıq mikrofon formatında keçirilib.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinləri salamlayıb, görüşün əsas məqsədinin ölkə Prezildenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə həyata keçirilən irimiqyaslı quruculuq-abadlıq işləri, əldə olunan nailiyyətlər barədə əhaliyə ətraflı məlumat vermək və həmçinin qəsəbə sakinlərinin müraciətlərinin dinləmək, istək və təkliflərinin yaxından öyrənilmək olduğunu bildirib, eyni zamanda ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da Azərbaycanın inkişafı və dünyada tanınmasındakı rolundan danışılıb.

E.Əzizov Prezident İlham Əliyevin tapşırıq və sərəncamlaına əsasən rayonda və o cümlədən Badamdar qəsəbəsində görülən abadlıq-quruculuq işləri  barədə ətraflı məlumat verərək ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan İlham Əliyevin ən yeni tarixin parlaq şəxsiyyəti olduğunu bildirib.

Tədbirdə çıxış edən Badamdar qəsəbə nümayəndəsi Zaur Əliyev, qəsəbə sakinləri Baba Bayramov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin İçəri şəhər üzrə səlahiyyətli nümayəndəsi, “Cümə məscidi” dini icmasının  sədri, axund hacı Surxay Məmmədli, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Rüfət Gülalıyev və başqaları son illərdə ölkə başçısının rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində əldə olunan nailiyyətlərdən danışıblar.

Görüşdə zalda quraşdırılmış mikrofonlar vasitəsi ilə 30-a yaxın sakinin təbii qaz, içməli su təchizatı, yolların vəziyyəti, məşğulluq, məktəbəqədər təhsil müəssisələri, qəsəbədə fərdi və çoxmərtəbəli evlərin tikintisi, sosial müdafiə, “Abad məhəllə” layihəsinin davam etdirilməsi və s. məsələlərlə bağlı verdikləri suallar dinlənilib, bu sualları ətraflı cavablandıran icra başçısı əhalinin problemlərinin həlli və sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq geniş müzakirələr aparıb. 

Babək Cahandarov

Paylaş:
693

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər