Elmin İnkişafı Fondu Belarusla elmi əlaqələri gücləndirir | 1news.az | Xəbərlər
Cəmiyyət

Elmin İnkişafı Fondu Belarusla elmi əlaqələri gücləndirir

18:01 - 13 / 06 / 2017
Elmin İnkişafı Fondu Belarusla elmi əlaqələri gücləndirir

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ötən illərdə Belarus Milli Elmlər Akademiyası və Belarus Respublika Fundamental Tədqiqatlar Fondu ilə uğurlu əməkdaşlıq edib.

1news.az-ın məlumatına görə, Fond Belarusun Azərbaycandakı səfirliyi ilə də daima ünsiyyətdə olub.

2017-ci il 30 mart tarixində Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç Elmin İnkişafı Fondunda olarkən, Azərbaycan və Belarus alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdiriləcəyinə hər cür dəstək göstəriləcəyi barədə tərəflər arasında razılığa gəlinib.

Belarus Respublikasının Azərbaycandakı səfirliyindən Elmin İnkişafı Fonduna bu günlərdə daxil olmuş rəsmi məlumata əsasən, Elmin İnkişafı Fondunun irəli sürdüyü təşəbbüs üzrə əldə edilmiş razılaşmalar artıq reallaşdırılmaq üzrədir.

2017-ci ilin oktyabr-noyabr aylarında Minskdə tərəflərin təşkilatçılığı ilə Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi 1-ci konfransın davamı olaraq, 2-ci Azərbaycan-Belarus elmi konfransının keçirilməsi qərara alınıb. Konfransda birgə qrant layihələri üzə alınmış nəticələrin xüsusi müzakirəsi planlaşdırılır.

Belarus alimlərinin elmi nailiyyətlər sərgisi isə 2018-ci ildə Bakıda təşkil edilərək keçiriləcək.

Hazırda 2017-ci ildə elan olunmuş 2-ci Azərbaycan–Belarus birgə beynəlxalq qrant müsabiqəsi üzrə daxil olmuş layihələrin elmi ekspertizası işi həyata keçirilir və nəticələrin cari ilin sentyabr ayında açıqlanması nəzərdə tutulur.

Azərbaycan və Belarus arasında siyasi və iqtisadi sahələrdə olduğu kimi, humanitar sahədə də əməkdaşlıq yeni dövrün tələblərinə uyğun olaraq qurulub, müvafiq sazişlər imzalanıb, elmi prioritetlər nəzərə alınmaqla və tətbiqi sahələrə üstünlük verilməklə qısa müddət ərzində Azərbaycan və Belarusun fondları birgə müsabiqələr təşkil edərək keçirib.

Babək Cahandarov

Paylaş:
669

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər