“Baku City Tour” fəaliyyətini dayandırır | 1news.az | Xəbərlər
Cəmiyyət

“Baku City Tour” fəaliyyətini dayandırır

21:50 - 13 / 06 / 2017
“Baku City Tour” fəaliyyətini dayandırır

Bakı Turizm İnformasiya Mərkəzi 12 iyun-5 iyul tarixlərində Formula 1 yarışlarının keçirilməsi dövründə əsas şəhər istiqaməti olan magistral yolların baglanmasını nəzərə alaraq “Baku City Tour” turistik avtobuslarının fəaliyyəti müvəqqəti dayandırılır.

1news.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, eynı zamanda Sprinter turistik mikroavtobuslarla Bakı şəhər sakinləri, turist və qonaqları üçün “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu”, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ”, “Qala Tarix Etnoqrafiya Qoruğu”-na ekskursiyalar təşkil ediləcək.

Fərdi və qrup şəklində tur sifarişləri üçün (+994 12)498 12 44  və yaxud (+99455) 746 99 46 nömrəli telefonlarla əlaqə saxlaya bilərsiniz.

Babək Cahandarov

Paylaş:
1095

Son xəbərlər

Bütün xəbərlər