Bəstəkar Rauf ƏIiyev vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəstəkar Rauf ƏIiyev vəfat edib

09:04 - 14 / 06 / 2017
Bəstəkar Rauf ƏIiyev vəfat edib

Bəstəkar Rauf ƏIiyev 70 yaşında vəfat edib.

1news.az bu barədə Apa-ya istinadla xəbər verir ki, bu barədə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Rauf Əliyevin ürək tutmasından dünyasını dəyişdiyi bildirir. Bəstəkar bu gün Bakıda dəfn olunacaq.

 Rauf Əliyev 1947-ci il mayın 1-də Azərbaycanın Şuşa şəhərində anadan olub.

O, 90-a yaxın  - "Azadlığa gedən yollar", "İşığını əsirgəmə", "Yalan", "Fəryad", "Azərbaycan haqqında həqiqət", "Kənar adamlar", "Qara Volqa", "Vahimə" və digər Azərbaycan filmlərinə musiqi bəstələyib, 10-a yaxın mahnının müəllifidir.

 Allah rəhmət eləsin

1news.az

 

Paylaş:
829

Son xəbərlər

Bütün xəbərlər