Əli Kərimli Baş Prokurorluğa çağırılıb | 1news.az | Xəbərlər
Siyasət

Əli Kərimli Baş Prokurorluğa çağırılıb

15:45 - 16 / 06 / 2017
Əli Kərimli Baş Prokurorluğa çağırılıb

AXCP lideri Əli Kərimli Baş Prokurorluğun Ağır Cinayətlər üzrә İstintaq İdarəsinə çağırılıb.

Bu haqda o, şəxsi Facebook səhifədində qeyd edib.

Məlumata əsasən o, həbs olunmuş müavini Gözəl Bayramlıya qarşı quraşdırılmış cinayət işilə bağlı dindirilməyə dəvət edilib.

Xatırladaq ki, Gözəl Bayramlı sərhəddən qanunsuz yolla pul keçirmək istəyərkən Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən saxlanılıb, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan sonra, mayın 25-də G.Bayramlıya məxsus əl yüklərinə baxış keçirilib və əl yükündəki sellofan torbanın içərisindən ümumilikdə 12 min ABŞ dolları məbləğində pul aşkar olunaraq götürülüb.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

Əfqan Muxtarlı Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilib

XİN: Əfqan Muxtarlı ilə bağlı məsələnin siyasiləşdirilməsi cəhdlərini düzgün deyil

Elman Nəsirov Əfqan Muxtarlının saxlanılması barədə fikirlərinin təhrif olunduğunu bildirib

Aydın Mirzəzadə: Müxalifət xarici ölkələri Azərbaycanın daxili işlərinə qarışmağa çağırmaqla məşğuldur

S.Xankişiyeva

Paylaş:
910

Son xəbərlər

Bütün xəbərlər