Prezidentin izi ilə: Azərbaycanla Latviyanı bir-birinə cəlb edən vacib məqamlar | 1news.az | Xəbərlər
Siyasət

Prezidentin izi ilə: Azərbaycanla Latviyanı bir-birinə cəlb edən vacib məqamlar

11:15 - 20 / 07 / 2017
Prezidentin izi ilə: Azərbaycanla Latviyanı bir-birinə cəlb edən vacib məqamlar

Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfəri iki ölkə arasında ikitərəfli münasibətlərin fəallaşmasına yönələn bir sıra diqqətçəkən məqamlarla yadda qaldı.

Bu nöqteyi-nəzərdən iki dövlət başçılarının imzaladığı bir sıra sənədlər son dərəcə maraqlıdır.

Belə ki, prezidentlər İlham Əliyev və Raymonds Veyonisin geniştərkibli görüşünün sonunda “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” imzalanıb.

Həmçinin Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Latviya Respublikasının Nəqliyyat Nazirliyi arasında beynəlxalq kombinə edilmiş yükdaşımaları haqqında Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Latviya Respublikasının İqtisadiyyat Nazirliyi arasında tikintidə təhlükəsizliyə dövlət nəzarəti sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş də imzalanıb.

Münasibətlərin tarixi

Azərbaycanla Latviya arasında münasibətlərin tarixi kökləri var. Hər iki ölkənin tarixində bir sıra çətin məqamlar olub. Belə ki, 1919-cu ildə Azərbaycan Demokratik Respublikası və Latviya nümayəndə heyəti Paris Sülh Konfransına yeni yaradılmış ölkələrin hüquqi cəhətdən tanınması üçün müraciət ünvanlayıblar. Bir il sonra isə Azərbaycan Parlamenti Latviyada Nümayəndəliyinin tanınması üçün qərar qəbul edib.

Azərbaycanla Latviya arasında iqtisadi və mədəni əlaqələrin sonrakı inkişafı bu dövlətlərin Sovetlər Birliyində olduğu zaman irəliləyir. Sovetlər Birliyinin suqutundan və postsovet məkanında müstəqil dövlətlərin yaranması ölkələrimiz arasında ikitərəfli münasitələri daha da intensivləşdirir.

Dövlət müstəqilliyinin bərpasından sonra ikitərəfli münasibətlərin tarixində yeni səhifə açılır. Latviya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb, artıq 1994-cü ildə iki ölkə arasında diplomatik münasibətlər bərpa olunur. Həmçinin Baltikyanı ölkələr arasında ilk olaraq Azərbaycan səfirliyi 2005-ci ildə məhz Latviyada fəaliyyətə başlayıb. Azərbaycanda isə Latviya  səfirliyi 2006-cı ildə açılır. Elə həmin ildə Azərbaycanla Latviya arasında dövlətlərarası komissiya yaradılır.

Hələ XX əsrdən paytaxtımızda fəaliyyət göstərən Latviya cəmiyyəti 2013-cü ildən öz işini bərpa edir. Həmçinin bu cəmiyyət məşhur bəstəkarları, yazıçıları, rəssam, diplomat və memarları olan yüzdən çox üzvü birləşdirir.

Hazırda Latviyada 1200 nəfər üzvü olan azərbaycanlı icması da fəaliyyət göstərir. Çoxtərkibli olmasına baxmayaraq icma üzvləri ikitərəfli münasitələrin genişlənməsinə xidmət edir.

Gələn il eyni zamanda müstəqillik əldə etmiş Azərbaycanla Latviyanın dövlət qurucuğulunun 100 illiyi qeyd ediləcək.

Siyasi komponent

Latviya hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün lehinə çıxış edib. Latviya Respublikasının prezidenti Raymonds Veyonis mətbuata bəyanatla çıxış edən zaman da bu məsələni bir daha vurğulayıb:

“Əlbəttə, Latviya Azərbaycanı, onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh və danışıqlar yolu ilə həll oluna bilər və bu, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır”.

Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışında prezidentlərin Birgə Bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vacib məqamların olduğunu vurğulayıb:

“Azərbaycanın ərazi bütövlüyü məsələləri Latviya tərəfindən dəstəklənir. Bu bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox önəmli məsələlər əksini tapıb. Bu məsələ BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, Azərbaycan sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Bu, ədalətli mövqedir, bu mövqeyə görə mən Sizə minnətdaram”.

Prezidentlərin Riqada imzaladığı strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə Prezident İlham Əliyevin qeyd etdiyi kimi,  Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sənəd üçün də gözəl əsas yaradır:

 “Əlbəttə, Avropa İttifaqının üzvü olan 11 ölkə ilə artıq Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədlər var. Bu, əslində bizim strateji əməkdaşlığımızı əks etdirir”.

Öz növbəsində Latviya prezidenti Raymonds Veyonis ölkəsinin Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrinin gücləndirilməsinə hər zaman dəstək göstərdiyini qeyd edib:

“Latviya bu iki tərəf arasında – Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsinə hər zaman öz dəstəyini verib - bu, müxtəlif formatlarda olub. Həm Şərq tərəfdaşlığı çərçivəsində, həm də digər çərçivələrdə. Biz bilirik ki, bu ilin sonunda “Şərq tərəfdaşlığı” proqramı ilə bağlı növbəti toplantı keçiriləcək və bununla əlaqədar müxtəlif çevik yollar tapılacaq ki, bizim məhz tərəfdaşımızla, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq daha da genişləndirilsin”.

Energetik komponent

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əlaqələrdə energetik əməkdaşlıq çox əhəmiyyətli yer turur.

 “Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində, təbii qazın Avropa İttifaqındakı istehlakçılara çatdırılmasında göstərdiyi səyləri, apardığı işi yüksək dəyərləndirirəm. Zənnimcə, biz daha sıx işləməliyik ki, bu istiqamətdə daha böyük irəliləyiş əldə edə bilək. Bizim əməkdaşlığımız çoxtərəflidir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

“Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Dəhlizin yaradılması üçün 40 milyard dollar vəsait tələb olunur. Onun böyük hissəsi qoyulub. Azərbaycan milyardlarla dollar sərmayə qoyub və qoyur ki, bu dəhliz tezliklə reallaşsın. Əminəm ki, birinci mərhələ gələn il, ikinci və sonuncu mərhələ isə 2020-ci ildə başa çatacaq. Beləliklə, bizim Avropa ilə strateji əlaqələrimiz daha da yüksək pilləyə qalxacaq”, - deyə Azərbaycan dövlət başçısı vurğulayıb.

İqtisadi komponent

Lakin Azərbaycanla Latviya arasında iqtisadi münasibətlər hələlik ürəkaçan deyil – belə ki, qarşılıqlı əmtəə dövriyyəsinin göstəriciləri arzu olunan səviyyədə deyil. Bununla yanaşı Riqada iki ölkə prezidentini qarşıya qoyduğu planlar əhəmiyyətli irəliləyişə və ikitərəfli münasibətlərin bu seqmentində ümid etməyə icazə verir.

“Bizim konkret təkliflərimiz var ki, hansı məhsulları Latviyaya ixrac edə və hansı məhsulları Latviyadan idxal edə bilərik. İqlim şəraitimiz elədir ki, iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır. Odur ki, biz istehsal etdiyimiz bir çox məhsulları Latviyaya ixrac edə bilərik və əksinə. Ona görə qarşılıqlı ticarət əlaqələrinin inkişafı üçün çox gözəl imkanlar var”, - deyə Prezident İlhma Əliyev qeyd edib.

Həmçinin dövlət başçısı turizm sahəsində əməkdaşlığa da toxunaraq, Riqa-Bakı reysləri də müntəzəm olaraq həyata keçirilməsini və xüsusi olaraq Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müvafiq göstərişlərin verildiyini vurğulayıb.

Öz regionlarının liderləri

Azərbaycan-Latviya münasibətlərinin inkişaf perspektivləri ilə bağlı azərbaycanlı politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxovdan müsahibə aldıq:

“İlk olaraq Latviyanın NATO və Aİ-nin üzvü kimi aparıcı Avropa oyunçularından biri olduğundan başlayaq. Azərbaycanla Latviya arasında, eləcə də Aİ-yə üzv-dövlətlərlə  münasibətlər strateji tərəfdaşlıq formatında inkişaf edir. Ölkələrimizin hazırki dostluq münasibətlərinin əsasını təşkil edən tarixi köklər birləşdirir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycan iqtisadi-ticari əməkdaşlığın geniş inkişafı üçün nəqliyyat dəhlizlərinin reallaşdırılmasına böyük əhəmiyyət verir. Həmçinin bunu dünyada ən iri energetika layihələrindən biri olan və Avropanın enerji təhlükəsizliyini təmin etməsində vacib rol oynayan Cənub Qaz Dəhlizi haqda da söyləmək olar.

Azərbaycan-Latviya istisadi əlaqələrinə gəlincə, əminəm ki, biznes forum zamanı birgə sazişlərin imzalanması ikitərəfli əmtəə dövriyyəsinin inkişafına əhəmiyyətli təsir gösərəcək. Həmçinin Şimal-Cənub meqa layihəsinin əməkdaşlığı çərçivəsində yük daşınmalarının həcminin artırılmasına, eləcə də yeni iş yerlərini açılmasına gətirib çıxaracaq.

Əminəm ki, Latviya Azərbaycanla əməkdaşlığın genişlənməsinə ciddi maraq göstərir. Belə ki, regionumuzda lider rolunda oynayaraq eləcə də Avropanın enerji təhlükəsizliyini təmin edir. Bu konteksdə dövlət başçımızın qeyd etdiyi kimi, geniş tərəfdaşlığa keçərək turizm, avia daşınma və s. sahədə əlaqələri gücləndirmək lazımdı.

Bütün bunlar regonda sabitlik, təhlükəsizlik və əməkdaşlığın təmin edilməsində böyük əhəmiyyət daşıyır. Bütün bunların nail olunması Prezident İlham Əliyevin bütün səfərlərdə qeyd etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə sıx əlaqədardır.

Bütün bunlar ölkələrimizin daha fəal və məhsuldar əməkdaşlığına, ikitərəfli münasibətlərin daha da yüksəlməsinə, nəticə etibarilə isə Cənubi Qafqazda sabitliyin bərqərarına gətirib çıxaracaq.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
659

Son xəbərlər

Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13
Bütün xəbərlər