Ermənilərin öldürdüyü Zəhra və nənəsinin qırx mərasimidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilərin öldürdüyü Zəhra və nənəsinin qırx mərasimidir

14:06 - 13 / 08 / 2017
Ermənilərin öldürdüyü Zəhra və nənəsinin qırx mərasimidir

Ermənilərin Füzulinin Alxanlı kəndində qətlə yetirdiyi 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın bu gün qırx mərasimi keçirilir.

1news.az-ın  Azvision.az-a istinadən xəbər verir ki, mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak ediblər.

Alxanlı kəndinin icra nümayəndəsi İlham İsrafilov bildirib ki, səhər saatlarında Zəhranın və nənəsinin məzarı ziyarət edilib:

“İcra başçısı məzuniyyətdə olduğundan yas mərasimində iştirak edə bilməyib. Digər rəhbər şəxslər mərasimə qatılıblar. Bakıdan və digər bölgələrdən Alxanlıya çoxlu sayda insan gəlib”.

Xatırladaq ki, Ermənistan ordusu iyulun 4-də Azərbaycana qarşı növbəti qanlı cinayətini həyata keçirib. Füzulinin Alxanlı kəndinin düşmən tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olub. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

1news.az

 

 

 

Paylaş:
785

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər