İsmayıllıda kütləvi dava: 4 nəfər bıçaqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda kütləvi dava: 4 nəfər bıçaqlanıb

13:58 - 22 / 08 / 2017
İsmayıllıda kütləvi dava: 4 nəfər bıçaqlanıb

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən rayonun Yuxarı Cülyan kəndində qeydə alınıb.

Belə ki, rayon sakinləri Seyfi Hacıyev, Arif Hacıyev və Aqil Mustafayev ilə həmyerliləri Nemət Salmanov və Elşən Səfərov arasında münaqişə baş verib.

Bu zaman E.Səfərov bıçaqla S.Hacıyevə, A.Hacıyevə və A.Mustafayevə xəsarət yetirib, habelə hadisə zamanı N.Salmanov da xəsarət alıb.

İsmayıllı RPŞ tərəfindən görülən tədbirlərlə E.Səfərov tutulub.

Babək Cahandarov

Paylaş:
1414

Son xəbərlər

Bütün xəbərlər