Bələdiyyə sədri zibilliyə görə cərimələnib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bələdiyyə sədri zibilliyə görə cərimələnib – FOTO

16:43 - 22 / 08 / 2017
Bələdiyyə sədri zibilliyə görə cərimələnib – FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Daşkəsən rayonu, Xoşbulaq kənd sakini Elnarə Rəhimova tərəfindən kənd ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, müxtəlif sahələrdə qalaqlandığı, daşınmadığı və bu səbəbdən ətrafa kəskin iyin yayıldığı müəyyən edilib.

Faktla bağlı Xoşbulaq bələdiyyəsinin sədri R.Allahverdiyev barəsində protokol tərtib olunub və o vəzifəli şəxs qismində inzibati qaydada 3000 manat məbləğində cərimə edilib. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, gələcəkdə belə hallara yol verilməməsi üçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. 

Eyni zamanda Xoşbulaq kəndi ərazisində tullantıların idarə olunmasında aşkar olunan pozuntuların aradan qaldırılması məqsədilə zəruri tədbirlərin görülməsi üçün Daşkəsən rayon İcra Hakimiyyətinə müraciət olunub.

Babək Cahandarov

Paylaş:
785

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər