Gürcüstandan Azərbaycana pirotexniki vasitə və fişənglərin gətirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gürcüstandan Azərbaycana pirotexniki vasitə və fişənglərin gətirilməsinin qarşısı alınıb

11:50 - 22 / 08 / 2017
Gürcüstandan Azərbaycana pirotexniki vasitə və fişənglərin gətirilməsinin qarşısı alınıb

Gürcüstandan gələn Azərbaycan vətəndaşından pirotexniki vasitə və fişənglər aşkar olunub.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-21061” markalı avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, həmin nəqliyyat vasitəsində 650 qutu pirotexniki vasitə və 6 ədəd fişəng aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
533

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər