Azərbaycan Prezidenti ukraynalı həmkarını milli bayram münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Pyotr Poroşenkoya təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı məktubda Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq əlaqələrinin, qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın dövlətlərarası münasibətlərimizin inkişafı üçün möhkəm bünövrə olduğunu qeyd edib.
Azərbaycan Prezidenti inandığını bildirib ki, bu münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.
Prezident İlham Əliyev Prezident Pyotr Poroşenkoya möhkəm cansağlığı, işlərində uğurlar, dost Ukrayna xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.
S.Xankişiyeva