Nazirlik: Bakı və Abşeronda müşahidə olunan tozun miqdarı normadan 52 faiz yuxarıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik: Bakı və Abşeronda müşahidə olunan tozun miqdarı normadan 52 faiz yuxarıdır

18:36 - 23 / 08 / 2017
Nazirlik: Bakı və Abşeronda müşahidə olunan tozun miqdarı normadan 52 faiz yuxarıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, avqustun 23-də Bakıda və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da bir qədər də artaraq sanitar normadan 52 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, atmosfer havasında tozun miqdarı saat 09:00-da 20 faiz, saat 12:00-da 32 faiz, saat 15:00-da isə 40 faiz sanitar normadan yuxarı olub.

1news.az

Paylaş:
695

Son xəbərlər

Bütün xəbərlər