Havanın temperaturu 41 dərəcəyə qədər artacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanın temperaturu 41 dərəcəyə qədər artacaq

12:56 - 23 / 08 / 2017
Havanın temperaturu 41 dərəcəyə qədər artacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqust ayının 24-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25, gündüz 32-37, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 45-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 24-də hava şəraitinin yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 36-41, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Babək Cahandarov

Paylaş:
698

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər