Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının tərkibində dəyişiklik olub | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının tərkibində dəyişiklik olub

18:24 - 24 / 08 / 2017
Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının tərkibində dəyişiklik olub

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 602; 2009, № 2, maddə 74, № 6, maddə 424; 2012, № 2, maddə 137; 2014, № 2, maddə 112, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1518) 1-ci hissəsi ilə təsdiq edilmiş birgə hökumətlərarası komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın sədri

Artur Rasi-zadə

-

Azərbaycan Respublikasının Baş naziri

Komissiya sədrinin müavini

Şahin Mustafayev

-

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Komissiyanın üzvləri:

Samir Şərifov

-

Azərbaycan Respublikasının maliyyə naziri

Ramin Quluzadə

-

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Hüseynqulu Bağırov

-

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Əbülfəs Qarayev

-

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Mikayıl Cabbarov

-

Azərbaycan Respublikasının təhsil naziri

Xələf Xələfov

-

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini

Aydın Əliyev

-

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Nazim İbrahimov

-

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Ramiz Həsənov

-

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri

Qüdrət Qurbanov

-

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi

Elçin Quliyev

-

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Rövnəq Abdullayev

-

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Cavid Qurbanov

-

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Dursun Həsənov

-

Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri”.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Gürcüstan tərəfinə müvafiq bildiriş göndərsin”.

1news.az

Paylaş:
858

Son xəbərlər

Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08
Bütün xəbərlər