“Binagadi Oil Company” şirkəti cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Binagadi Oil Company” şirkəti cərimələndi

19:14 - 24 / 08 / 2017
“Binagadi Oil Company” şirkəti cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi ərazisində yaşıllığın məhv edilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən 1news.az-a bildiriblər ki, əraziyə keçirilən baxış zamanı Gənclər şəhərciyindəki yaşayış binasının qarşısındakı torpaq sahəsinin tikinti məqsədi ilə hasara alındığı, yaş köküstə 4 ədəd söyüd ağacının kökündən çıxarıldığı və 2 ədəd söyüd ağacının zədələndiyi məlum olub.

Araşdırma zamanı sözügedən ərazinin “Binagadi Oil Company” şirkəti tərəfindən hasara alındığı aşkar edilib.

Faktla bağlı işin icrasına cavabdeh olan “Binagadi Oil Company” şirkətinin nümayəndəsi Rauf Bayramov barəsində protokol tərtib olunub. Qanun pozucusu inzibati qaydada 4000 manat məbləğində cərimə edilib və təbiətə dəymiş ziyana görə 480 manat məbləğində ziyan tətbiq olunub.

Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması üçün “Binagadi Oil Company” şirkətinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. 

Eyni zamanda tikintinin dayandırılması üçün Abşeron rayon Polis İdarəsinə və “Binagadi Oil Company” şirkətinə müraciət olunub.

Babək Cahandarov

Paylaş:
4593

Son xəbərlər

Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHIBu gün, 08:58Niderland Avropa çempionatında qaldı, Türkiyə isə tərk etdi - YENİLƏNİB 407 / 07 / 2024, 01:10Qarabağ Universitetində ingilis dili üzrə müəllimi vakansiyası elan edilib06 / 07 / 2024, 18:03Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB 106 / 07 / 2024, 17:55Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq06 / 07 / 2024, 17:23Sabunçuda 5 otaqlı ev yanıb06 / 07 / 2024, 16:54Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir06 / 07 / 2024, 16:38Qubada 1 nəfər göldə batıb06 / 07 / 2024, 16:19Abşeronda zəncirvari qəza baş verib, yaralılar var06 / 07 / 2024, 15:59Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb06 / 07 / 2024, 15:31Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb06 / 07 / 2024, 15:03Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb06 / 07 / 2024, 14:47Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşıb06 / 07 / 2024, 14:29Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub06 / 07 / 2024, 14:08Azərbaycan bu günlərdə TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb06 / 07 / 2024, 14:05Azərbaycan Prezidenti: XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır06 / 07 / 2024, 13:52Prezident: Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir06 / 07 / 2024, 13:32Azərbaycan-İran sərhədini pozanlar əmrə tabe olmayıb, xəbərdarlıq atəşi açılıb06 / 07 / 2024, 13:02Bazar gününün hava proqnozu06 / 07 / 2024, 12:42Prezident Şuşada TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb06 / 07 / 2024, 12:14
Bütün xəbərlər