Tovuzda İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyəti müzakirə edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyəti müzakirə edilib – FOTO

21:02 - 24 / 08 / 2017
Tovuzda İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyəti müzakirə edilib – FOTO

Avqustun 24-də Tovuzda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda növbəti seminar-müşavirə  keçirilib.

1news.az-ın məlumatına görə, seminar-müşavirədə Dini Qurumlarla İş Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı,  Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri Təranə Vəliyeva, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, şöbənin əməkdaşları, eləcə də dini icma sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə  Vəliyeva  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu dövlət-din münasibətləri barədə danışıb. Rayondakı dini durumu təhlil edən T.Vəliyeva dini icma sədrlərinə rayonda dini durumun sabitliyinin qorunması sahəsində daha səmərəli və ardıcıl fəaliyyət göstərmələrini tövsiyə edib.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı məruzəsində bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir.

Səyyad Salahlı bu uzaqgörən  təşəbbüsün müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcəyinə əmin olduğunu vurğulayıb. O, eyni zamanda qeyd edib ki, dövlət başçısının uğurlu və məntiqi siyasətinin nəticəsində dini icmalara dövlət tərəfindən ayrılan maddi vəsait dinə dövlət qayğısının bariz nümunəsidir.

Sədr müavini deyib ki, bu sərəncamlar ölkəmizdəki zəngin tolerantlıq ənənələrinin təbliği və təşviqi, dini qurumların fəaliyyətinin dəstəklənməsi baxımından böyük önəm daşıyır.

Seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

1news.az

Paylaş:
723

Son xəbərlər

Niderland Avropa çempionatında qaldı, Türkiyə isə tərk etdi - YENİLƏNİB 407 / 07 / 2024, 01:10Qarabağ Universitetində ingilis dili üzrə müəllimi vakansiyası elan edilib06 / 07 / 2024, 18:03Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB 106 / 07 / 2024, 17:55Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq06 / 07 / 2024, 17:23Sabunçuda 5 otaqlı ev yanıb06 / 07 / 2024, 16:54Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir06 / 07 / 2024, 16:38Qubada 1 nəfər göldə batıb06 / 07 / 2024, 16:19Abşeronda zəncirvari qəza baş verib, yaralılar var06 / 07 / 2024, 15:59Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb06 / 07 / 2024, 15:31Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb06 / 07 / 2024, 15:03Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb06 / 07 / 2024, 14:47Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşıb06 / 07 / 2024, 14:29Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub06 / 07 / 2024, 14:08Azərbaycan bu günlərdə TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb06 / 07 / 2024, 14:05Azərbaycan Prezidenti: XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır06 / 07 / 2024, 13:52Prezident: Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir06 / 07 / 2024, 13:32Azərbaycan-İran sərhədini pozanlar əmrə tabe olmayıb, xəbərdarlıq atəşi açılıb06 / 07 / 2024, 13:02Bazar gününün hava proqnozu06 / 07 / 2024, 12:42Prezident Şuşada TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb06 / 07 / 2024, 12:14Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj etməkdə şübhəli bilinən Şirvan şəhər sakini saxlanılıb06 / 07 / 2024, 11:52
Bütün xəbərlər