Nazirlik: atmosfer havasında müşahidə olunan tozun miqdarı norma həddinə qədər enəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik: atmosfer havasında müşahidə olunan tozun miqdarı norma həddinə qədər enəcək

11:15 - 24 / 08 / 2017
Nazirlik: atmosfer havasında müşahidə olunan tozun miqdarı norma həddinə qədər enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata əsasən 23 avqust gün ərzində  və 24 avqust gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan yuxarı qeydə alınıb.

“Ölkə ərazisinə daxil olan şimal-qərb küləyi ilə əlaqədar atmosfer havasında tozun miqdarının sutka ərzində norma həddinə qədər enəcəyi proqnozlaşdırılır”- deyə, məlumatda qeyd olunub.

Babək Cahandarov

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər