“Azərkosmos” meşə yanğınlarının görüntülərini Gürcüstana təqdim edib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərkosmos” meşə yanğınlarının görüntülərini Gürcüstana təqdim edib

23:15 - 24 / 08 / 2017
“Azərkosmos” meşə yanğınlarının görüntülərini Gürcüstana təqdim edib

“Azərkosmos” Borjomidəki meşə yanğınlarının görüntülərini Gürcüstana təqdim edib.

1news.az Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 20-dən etibarən Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda başlamış meşə yanğınları ilə mübarizədə qonşu ölkəyə yardım göstərilməsilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən, "Azərkosmos" ASC-nin idarəçiliyində olan "Azersky" peykindən təbii fəlakət ərazisinin təsvirləri çəkilərək Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyinə təqdim olunub.

Hər zaman olduğu kimi qonşu ölkəyə öz yardımını göstərən Azərbaycan dövləti kosmik təsvirləri yüksək ayırdetmə ilə operativ şəkildə qarşı tərəfin istifadəsinə verib.

Bu təsvirlər əsasında yanğının yayıldığı ərazi və dəymiş ziyanın həcmi dəqiq qiymətləndirilib. Hadisənin kosmik monitorinqi hələ də davam etdirilir.

Qeyd edək ki, Yer kürəsinin istənilən nöqtəsi hər gün "Azersky" peyki tərəfindən operativ qaydada və yüksək ayırdetmədə müşahidə olunur.

1news.az

Paylaş:
588

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər