“Qarabağ”ın qələbəsinə kor olanlar və yaxud Günel Mövludun xəstə təfəkkürü | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qarabağ”ın qələbəsinə kor olanlar və yaxud Günel Mövludun xəstə təfəkkürü

12:58 - 24 / 08 / 2017
“Qarabağ”ın qələbəsinə kor olanlar və yaxud Günel Mövludun xəstə təfəkkürü

Hər kəs “Qarabağ”ın tarix yazaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını böyük coşğu ilə bayram edir. Qələbəmizin memarı olan baş məşqçi Qurban Qurbanova öz sevgilərini və rəğbətlərini bildirənlərin sayı isə daha çoxdur.

Futboldan az-çox anlayışı olanlar yəqin bilərlər ki, Qurban Qurbanov yaxşı məşqçi olmaqla yanaşı, həm də yaxşı bir insandır. Hər kəs onu sakit, mərifətli, xeyirxah, nümunə göstəriləcək bir insan kimi tanıyır və sevir.

Lakin təəssüf ki, içimizdə yaxşı işlərə kölgə salan, hər şeyi öz arşını ilə ölçən pis xislətli insanlar da az deyil, elə Günel Mövlud kimi. Belə ki, onun “Qarabağ”ın tarixi uğuruna münasibət bildirərkən şəxsi Facebook səhifəsində “Qurban Qurbanov babat qız tutacaq bu söhbətdən sonra...” yazması necə xəstə təfəkkürə sahib olmasından xəbər verir. Belə yerdə deyiblər: “heç hənanın yeridir”. Axı nə üçün sən futbol tariximizdə bizə ən böyük uğuru qazandıran bir insanla fəxr etməli olduğun halda onunla bağlı bu cür yersiz, axmaq şərh yazırsan? Həm də bu cür səviyyəsiz sözləri gözəl əxlaqlı, dinimizə tam bağlı olan bir şəxs haqqında deyirsən.

Bəlkə də burada təəccüblənməli bir şey yoxdur. Dədə-baba yurdunu işğal edərək ailəsini didərgin salan ermənilərə olan sevgisini açıq-aşkar büruzə verəndən başqa nə gözləmək olar ki?

Qeyd edək ki, G.Mövludun məlum statusu sosial şəbəkə istifadəçiləri tərəfindən böyük narazılıqla qarşılanıb. Bunu aşağıdakı şərhlərdən də görmək mümkündür.

Qeyd edək ki, G.Mövlud birinci dəfə deyil ki, sərsəm, düşüncəsiz sözlərinə, hərəkətlərinə görə tənqid hədəfinə çevrilir.

Xatırladaq ki, 2014-cü il 26 fevralda “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli yazar Günel Mövludun Qarabağ icmasının üzvü qismində ermənilərdən üzr istəməsini tənqid etmişdi.

Bundan əlavə, Demokratik Maarifçilik Partiyasının sədri, Elşən Musayev müəllifi olduğu “Mövqe” verilişində yazar Günel Mövludu ermənipərəstlikdə ittiham edib. Yazarın ermənilərə məktubundan qəzəblənən politoloq Günel Mövluda qarabağlı deməyə dili gəlmədiyini bildirmişdi.

E.Musayevi hiddətləndirən məqamlardan biri də Cəbrayıldan olan G.Mövludun özünü və ailəsini dədə-baba yurdundan didərgin salan ermənilər qarşısında günahkar bilməsi olmuşdu.

Həmin çıxışdan bir parçanı təqdim edirik:

“Günel Mövlud öz dostlarına yazmış olduğu məktuba “hörmətli erməni xalqı” - xitabı ilə başlayıb. Və beynində nə məqsəd tutubsa ( hərçənd o məqsəd çoxlarına aydındır) dərhal sentimentallaşıb. Ardınca da yalvarış yönümlü dəsti-xətt götürüb. Misal üçün o mətndə belə bir abzas var. Elə olduğu kimi də sizlərin diqqətinə çatdırmaq istəyirəm: “Mən özüm Cəbrayıldanam. Qarabağ müharibəsində evimi və uşaqlığımı itirmişəm. Amma çəkdiyim bütün bu məşəqqətlərə baxmayaraq sizi öz qarşımda deyil, özümü sizin qarşınızda günahkar bilirəm...”.

Bax belə yerdə deyiblər: “Dəlinin buynuzu olmur ki?” Və ya görəsən şəxsi anlamda elədiyi hansı qələtlərin fonunda Mövlud özünü günahkar bilib? - bu da son dərəcə müəmmalı bir mövzudur... Ardınca isə daha maraqlı ştrix var: “Bu dünyada bizim qədər bir-birinə bənzəyən iki millət tapmaq çox çətindir” ...Alın, bu da sizə modern təfəkkür! Və ya heç bir tarixi olmayan erməni tayfası ilə minilliklərdən bəri dövlətçilik tarixi yaşadan azəri - türk millətini yalnız Mövlud simasında olanlar eyniləşdirə bilərdi. Ki, elə eyniləşdirdi də... Və nəhayət...məktubun sonunda özü ilə eyni ağılda olan Əkrəm Əylisliyə haqq qazandıran Günel Azərbaycan vətəndaşını və xalqını az qala daş qalaq etdiyi fonda erməni millətini dərdli və yazıq adlandırır. Həm də heç bir istinad nöqtəsinə sığınmadan. Bütün insanı dəyərlərə tüpürərək!

Oysa, Günelin bilməsi və etməsi gərəkən bir sıra nüanslar, eyni zamanda məsələlər var. Əvvəla, düşünürəm o, ilk öncə tibbi labaratoriyaya getməlidir. Qan qrupunun mənşəyini öyrənmək üçün. Ki, bu adam Azərbaycanlıdır, yoxsa yox? Çünki, içində azəri qanı axan biri erməninin özündən betər erməni təbliğatçısı ola bilməz. Bir erməni deyərkən yüzü də ağzından dürr eləyib tökülməz... *** Hakimiyyəti bəyənmirsənsə, onu bir formada “bəyənmirəm” - deyib danmaq olar. Hətta bəd ayaqda (günelkimilərə aiddir!) ailəni, dostu, tanışı, doğulduğun regionu belə danmaq olar. Amma vətəni və milləti danmaq olmaz axı.. Onun yaşadığı faciələri görməzdən keçmək olmaz axı... Günel deyir, erməni dərdli millətdir. O zaman adamın nəzərinə çatdırmaq istəyirəm: həmin o dırnağarası dərdin yiyələri sənin 3 yaşında həmyerlini diri-diri yandırıb, dərisini soyub. Onlarla, yüzlərlə Azərbaycan xanımının namusuna toxunub.

Sayı-hesabı olmayan igidlərimizi qanına qəltan edib. Və ən nəhayət -Xocalı böyüklükdə qətliamın hökmünü verib. İndi bu saxta post-modernist Günel bir tək Almaniyadan siyasi sığınacaq alacaq deyə sadaladığm tarixin və hələ də haqqı ödənməyən qanın üzərindən bu qədərmi rahat formada keçməyi düşünür? *** Günel Mövlud!... Yəqin eşitmiş olarsan. Azərbaycan leksikonunda belə bir ifadə var: “Qapazaltı”. Və ya insanlar ixtiyari bir qapaza bəzən könüllü, bəzənsə məcburi formada qonaq olma məziyyətini daşıyırlar.

Bax sən ikinci qrupdansan. Gözə girmək, eyni zamanda öz psixoloji dalğınlıqlarını, problemlərini ödəmək üçün hər şeyə qadirsən. İntim mövzularda gic-gic danışmaqdan tutmuş, öz millətinin haqqını düşmən ocağının başında duranlara yedizdirməyə qədər...Yetər ki, o əyrimçə gövdəndə gəzdirdiyin baş harasa dəysin, qanasın və yalnız özünə sərf etdiyi məqamda hay-şüvən, səs-küy yaratmaq üçün sənə şans qazandırsın... Amma inan ki, hər şeyi bu qədər birtərəfli və bəsit formada hesablamaq da olmaz! Əvvəla, nəyin və kimlərin 40 gün ömrü olması barədə deyilən məhşur oforizmi güman ki sən də eşitməmiş deyilsən.....(sadəcə post-modernist olmadığıma görə abrıma sığınıb açıq demirəm)

İkincisi...bu günə qədər sənin özünə qoyulan qiymət nə olubsa, əmin ol ki, bundan sonra sözünə də qoyulan qiymət o olacaq. Elə hər mənada!. Və nəhayət üçüncüsü...Son olaraq bir şey demək istəyirəm: Madam ki əsirlik elə əsirlikdir, kaş Azərbaycanın ismətli xanımlarının yerinə əsir düşəndə də sənin kimilər düşəydi. O zaman nə zorlanmağa ehtiyac qalardı, nə incidilməyə, nə də küsməyə... Rəvan bir həyat yaşayardın. Doğmalarınla. Baş-başa...”.

1news.az

Paylaş:
11306

Son xəbərlər

Qızıl və gümüş ucuzlaşıbBu gün, 10:45Taxıl zəmilərinin 73 faizində biçin başa çatıbBu gün, 10:43Bu il uşağın anadan olmasına görə təyin olunan müavinətin sayı açıqlandıBu gün, 10:28FHN əməkdaşları 10 nəfəri xilas etdiBu gün, 10:20İstirahət günlərində cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıbBu gün, 09:58Sumqayıtda bəzi ərazilərin elektrik enerjisi təchizatında məhdudiyyət yaranacaqBu gün, 09:55Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlanırBu gün, 09:50Nyu-York birjasında təbii qaz bahalaşıbBu gün, 09:47Bəzi bölgələrdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 09:32Gimnastımız Portuqaliyada qızıl medal qazanıbBu gün, 09:27Bu gün üç rayonda qazın təchizatında məhdudiyyət yaranacaqBu gün, 09:18AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:14Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHIBu gün, 08:58Niderland Avropa çempionatında qaldı, Türkiyə isə tərk etdi - YENİLƏNİB 407 / 07 / 2024, 01:10Qarabağ Universitetində ingilis dili üzrə müəllimi vakansiyası elan edilib06 / 07 / 2024, 18:03Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB 106 / 07 / 2024, 17:55Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq06 / 07 / 2024, 17:23Sabunçuda 5 otaqlı ev yanıb06 / 07 / 2024, 16:54Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir06 / 07 / 2024, 16:38Qubada 1 nəfər göldə batıb06 / 07 / 2024, 16:19
Bütün xəbərlər