Dəmir yolu stansiyasından oğurluq edən Ucar sakini tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Dəmir yolu stansiyasından oğurluq edən Ucar sakini tutuldu

17:03 - 25 / 08 / 2017
Dəmir yolu stansiyasından oğurluq edən Ucar sakini tutuldu

Avqustun 24-də Ucar dəmir yolu stansiyası ərazisindən 66 ədəd rels altlığı və 154 ədəd bolt-qayka oğurlanıb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ucar şəhər sakini Orxan Əsgərov həmin əşyaları Yevlax şəhər sakini olan bir nəfərə satarkən saxlanılıb.

V.İmamquliyevə məxsus “QAZ-2401” markalı avtomobilə baxış zamanı 25 ədəd rels altlığı və 19 ədəd bolt-qayka aşkar edilərək götürülüb.

Babək Cahandarov

Paylaş:
1386

Son xəbərlər

Bütün xəbərlər