Baki sakinini döyərək min manatını alıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Baki sakinini döyərək min manatını alıblar

18:47 - 25 / 08 / 2017
Baki sakinini döyərək min manatını alıblar

Polis əməkdaşları Bakıda qulduqluq edən şəxsləri saxlayıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, avqustun 24-də Yasamal rayonunun Z.Xəlilov küçəsində 3 naməlum şəxs Bakı şəhər sakini Ceyhun Xəlilbəylini döyüb bıçaqla hədələyərək ondan 1000 manat pul alıb.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən  paytaxt sakinləri Vaqif Əliyev, Fərid İbrahimov və Abşeron rayon sakini Ruslan Ardatyev tutulublar.

Babək Cahandarov

Paylaş:
1001

Son xəbərlər

Bütün xəbərlər