Ukrayna Prezidenti azərbaycanlı heykəltəraşı dövlət mükafatı ilə təltif edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ukrayna Prezidenti azərbaycanlı heykəltəraşı dövlət mükafatı ilə təltif edib

12:48 - 25 / 08 / 2017
Ukrayna Prezidenti azərbaycanlı heykəltəraşı dövlət mükafatı ilə təltif edib

Ukrayna Prezidenti Pyotr Poroşenko ölkənin tanınmış ictimai-siyasi xadimlərinin mükafatlandırılması barədə Fərman imzalayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Ukraynanın dövlət quruculuğu, sosial, elm və texnologiya, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrinin inkişafına, əhəmiyyətli əmək nailiyyətlərinə və yüksək xidmətlərinə görə mükafatlandırılanlar arasında azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov da var. O, 3-cü dərəcəli “Vətənə xidmətə görə” mükafatına layiq görülüb.

S.Qurbanov AZƏRTAC-a məxsusi açıqlamasında bildirib ki, ona verilən mükafat Azərbaycan dövlətinə, xalqına olan münasibətdən qaynaqlanır: “Ukraynada çalışdığım dövrdən həmişə Azərbaycanın adını uca tutmuşam və bundan sonra da uca tutacağam”.

Qeyd edək ki, S.Qurbanov 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub, Ukraynanın Xalq Rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri, Xarkov vilayətinin fəxri vətəndaşıdır, Azərbaycanın və xarici ölkələrin çoxsaylı təltiflərinə, o cümlədən “Tərəqqi” medalına layiq görülüb.

S.Xankişiyeva

Paylaş:
645

Son xəbərlər

Ceyhun Bayramov: Sülh müqaviləsinin müzakirəsi üzrə açıq sualların sayı xeyli azalıbBu gün, 11:50İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib - FƏRMANBu gün, 11:41Yeni Günəşlidə avtomobil hissələri oğurlanıb, şübhəli bilinən 5 yeniyetmə saxlanılıbBu gün, 11:36“The Ritz-Carlton”, Bakı “The Signature Journey” layihəsini “Blanc by Aytems” restoranından şef Ayt Ems ilə davam etdirir - FOTOBu gün, 11:35Dövlət Başçısı Dövlət Neft Fondunun 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqləyibBu gün, 11:26AZAL QSC informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürübBu gün, 11:06“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edirBu gün, 11:04Beyləqanda süpürgəçini maşın vuraraq öldürübBu gün, 10:58Qızıl və gümüş ucuzlaşıbBu gün, 10:45Taxıl zəmilərinin 73 faizində biçin başa çatıbBu gün, 10:43Bu il uşağın anadan olmasına görə təyin olunan müavinətin sayı açıqlandıBu gün, 10:28FHN əməkdaşları 10 nəfəri xilas etdiBu gün, 10:20İstirahət günlərində cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıbBu gün, 09:58Sumqayıtda bəzi ərazilərin elektrik enerjisi təchizatında məhdudiyyət yaranacaqBu gün, 09:55Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlanırBu gün, 09:50Nyu-York birjasında təbii qaz bahalaşıbBu gün, 09:47Bəzi bölgələrdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 09:32Gimnastımız Portuqaliyada qızıl medal qazanıbBu gün, 09:27Bu gün üç rayonda qazın təchizatında məhdudiyyət yaranacaqBu gün, 09:18AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:14
Bütün xəbərlər