Bərdədə avtomobil kanala aşıb, 11 və 13 yaşında iki qardaş boğulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə avtomobil kanala aşıb, 11 və 13 yaşında iki qardaş boğulub

15:38 - 26 / 08 / 2017
Bərdədə avtomobil kanala aşıb, 11 və 13 yaşında iki qardaş boğulub

Bərdə rayonunda avtomobilin kanala aşması nəticəsində iki uşaq boğulub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, avqustun 26-sı saat 02:00 radələrində Bərdə rayon Bəcirəvan kənd sakini Abdullayev Akif Şahmalı oğlunun idarə etdiyi “VAZ 21011” markalı avtomobil kəndin ərazisindən keçən Yuxarı Qarabağ kanalına aşıb.

A. Abdullayev sudan çıxa bilsə də, qardaşının avtomobildə olan nəvələri  - 11 yaşlı Əsədov Asif Qulu oğlu və 13 yaşlı Əsədov Mirələm Qulu oğlu kanalda boğulub.

Ağcabədidə yaşayan uşaqların Bərdə rayonuna - babalarıgilə qonaq gəldiyi bildirilir.

Babək Cahandarov

Paylaş:
752

Son xəbərlər

Bütün xəbərlər