Portuqaliyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb | 1news.az | Xəbərlər
Siyasət

Portuqaliyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

14:44 - 28 / 08 / 2017
Portuqaliyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

“Portuqaliya parlamentinin üzvü Rubini Berardinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-nə dəvət olunub, məsələ ilə bağlı Azərbaycanın narahatlığı ifadə olunub”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev portuqaliyalı parlamentarın bu ayın ortalarında Dağlıq Qarabağa qanunsuz səfəri etməsi və görüşlər keçirməsini şərh edərkən deyib.

O bildirib ki, Portuqaliya nümayəndəsinin bu səfərinin fərdi xarakter daşıdığı, Portuqaliya XİN-nin internet saytında Dağlıq Qarabağa səfərlərdən çəkinmək üçün ölkə vətəndaşlarına xəbərdarlığın yerləşdirildiyi qeyd olunaraq, məsələ barəsində Azərbaycanın narahatlığının öz ölkəsinə çatdırılacağı bildirilib:

“Portuqaliya beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Xarici işlər naziri Elmar Məmmədyarovun 2016-cı ilin noyabrında Portuqaliyaya rəsmi səfəri çərçivəsində Portuqaliyanın bu rəsmi mövqeyi ölkənin xarici işlər naziri və digər rəsmiləri tərəfindən bir daha səsləndirilib. Ermənistan tərəfinin bu kimi lüzumsuz təxribatçı əməllərin əvəzinə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin həlli ilə əlaqədar təkliflərinə uyğun olaraq konstruktiv addımlar atması regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsinə faydalı olardı”.

Hikmət Hacıyev bildirib ki, haqqında bəhs olunan şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.

S.Xankişiyeva

Paylaş:
862

Son xəbərlər

“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18
Bütün xəbərlər