Macarıstan səfirliyi viza verilməsini qismən bərpa edib | 1news.az | Xəbərlər
Siyasət

Macarıstan səfirliyi viza verilməsini qismən bərpa edib

15:23 - 28 / 08 / 2017
Macarıstan səfirliyi viza verilməsini qismən bərpa edib

Macarıstanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi vizaların verilməsini qismən bərpa edib.

1news.az Macarıstan səfirliyinə istinadla xəbər verir ki, konsulluq şöbəsi ötən həftə texniki qüsurlarla əlaqədar olaraq sənəd qəbulunu dayandırmışdı.

Bu gündən etibarən “D” katerqoriyalı uzunmüddətli viza almaq istəyənlər müsahibə üçün ifr.mfa.gov.hu saytı vasitəsilə vaxt təyin edə bilər.

“C” kateqoriyalı qısamüddətli vizaların verilməsi isə hələlik bərpa olunmayıb.

Bu vizaların alınması üçün Macarıstanın Tbilsidəki səfirliyinə və ya Azərbaycanda Şengen zonasına daxil olan digər ölkələrin səfirliklərinə müraciət etmək məsləhət görülür.

1news.az 

Paylaş:
1257

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər