Hərbi dənizçilərlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndələrinin görüşü keçirilib
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanan 2017-ci il üçün birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində görüş keçirilib.
1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov müasir cəmiyyətdə dinin rolu və yeri, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə mövzularında çıxış edib.
Sonda görüş iştirakçıları mövzu ilə əlaqəli aktual məsələləri müzakirə edib və belə tədbirlərin keçirilməsinin vacibliyini xüsusi vurğulayıblar.
1news.az
625