Şərurda kəndlilər arasında dava qanla bitib

Naxçıvanın Şərur rayonunda bıçaqlanma hadisəsi baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən rayonun Yuxarı Daşarx kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Pərviz Cəlalov münaqişə zəminində həmkəndlisi Babək Əliyevə bıçaqla xəsarət yetirib.
Şərur RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə P.Cəlalov tutulub.
Babək Cahandarov
666