Tut ağacını kəsən şəxslə bağlı tədbir görülüb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tut ağacını kəsən şəxslə bağlı tədbir görülüb – FOTO

15:07 - 30 / 08 / 2017
Tut ağacını kəsən şəxslə bağlı tədbir görülüb – FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi  nəzarət etdiyi Sumqayıt şəhəri ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib. 

1news.az-ın məlumatına görə, keçirilən reyd zamanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yaşköküstə 70 sm diametrliyində 1ədəd çoxillik tut ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı həmin ağacın Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbə sakini Gülüstan Babayevanın göstərişi ilə kəsildiyi və təbiətə 5700 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Sumqayıt şəhər  Prokurorluğuna  göndərilib.

Babək Cahandarov

Paylaş:
594

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər