Mübariz Qurbanlı: "Qurban bayramı xeyirxahlığın ən parlaq nümunələrindəndir" | 1news.az | Xəbərlər
Cəmiyyət

Mübariz Qurbanlı: "Qurban bayramı xeyirxahlığın ən parlaq nümunələrindəndir"

12:22 - 30 / 08 / 2017
Mübariz Qurbanlı: "Qurban bayramı xeyirxahlığın ən parlaq nümunələrindəndir"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

1news.az xəbər verir ki, M.Qurbanlı cəmiyyətə bərabərlik və mərhəmət kimi yüksək əxlaqi hisslər aşılayan Qurban bayramının xeyirxahlığın ən parlaq nümunələrindən olduğunu vurğulayıb:

“Şəfqət və humanizm duyğularını özündə ehtiva edən bu bayram müsəlman dünyasında böyük nüfuz sahibi olan ölkəmizdə ruh yüksəkliyi ilə qeyd olunur. Xalqımız öz adət-ənənələrinə, dininə, eləcə də milli-mənəvi dəyərlərinə hər zaman böyük ehtiram göstərib, hətta tarixin ən çətin dövrlərində də İslamın humanizm, qardaşlıq və mehribanlıq prinsiplərinə sadiqlik göstərərək Qurban bayramını qeyd edib.

Müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi bayram elan olunması xalqımızın öz milli-dini ənənələrinə sıx bağlılığının nümunəsidir. Respublikamızda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması da dövlətimizin və onun başçısı cənab İlham Əliyevin İslam dininə verdiyi ali dəyərin bariz göstəricilərindəndir.

Sizin hər birinizi Qurban bayramı münasibəti ilə təbrik edir, süfrələrinizə ruzi-bərəkət arzulayıram. Bayramınız mübarək!”.

P.Sultanova

 

 

 

Paylaş:
776

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər