Müslüm Maqomayev təqaüdünə dair ərizə qəbuluna başlanılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Müslüm Maqomayev təqaüdünə dair ərizə qəbuluna başlanılır

10:10 - 31 / 08 / 2017
Müslüm Maqomayev təqaüdünə dair ərizə qəbuluna başlanılır

Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondu 2017-2018-ci tədris ilində dövlət ali musiqi məktəblərinin buraxılış kurslarının tələbələri üçün xüsusi təqaüd proqramı üzrə ərizə qəbuluna başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Müslüm Maqomayev təqaüdü üçün ərizələr sentyabrın 1-dən oktyabrın 15-dək qəbul olunacaq.

İstedadlı tələbələri dəstəkləmək məqsədilə təsis olunmuş təqaüd müsabiqə əsasında təyin edilir. Təqaüdə iddialı tələbələr ixtisas fənləri üzrə yaxşı və əla göstəricilərə malik olmalıdır. Təqaüd 2017-ci il sentyabrın 1-dən 2018-ci il iyunun 30-dək olan dövrü əhatə edir. Tələbələrə sertifikatlar SSRİ Xalq Artisti, professor Tamara Sinyavskayanın ustad dərsində təqdim olunacaq.

Ərizə qəbulu barədə ətraflı məlumatı http://www.m-magomaev.ru/ru/programs/stipendiati17-18/ linkindən öyrənmək olar.

S.Xankişiyeva

Paylaş:
613

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər