Qurban bayramı ilə əlaqədar sabahdan 4 günlük tətil başlayır – TƏQVIM | 1news.az | Xəbərlər
Cəmiyyət

Qurban bayramı ilə əlaqədar sabahdan 4 günlük tətil başlayır – TƏQVIM

11:01 - 31 / 08 / 2017
Qurban bayramı ilə əlaqədar sabahdan 4 günlük tətil başlayır – TƏQVIM

Sabahdan Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 günlük tətil başlayır.

1news.az-ın verdiyi xəbərə görə, ölkədə sentyabrın 1-dən 4-dək qeyri iş günüdür.

Belə ki, ayın 1-də və 2-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.

Əmək Məcəlləsinə əsasən, sentyabrın 2-si şənbə gününə təsadüf etdiyindən sentyabrın 4-ü də qeyri-iş günü olacaq.

Beləliklə, Qurban bayramı ilə əlaqədar sentyabrın 1-dən 4-dək tətil olacaq. Sentyabrın 5-i isə iş günüdür.

S.Xankişiyeva


Paylaş:
1032

Son xəbərlər

Şirvan kanalı bərpa edildi

05 / 08 / 2026, 16:06

Prezident 2 fərman imzaladı

05 / 08 / 2026, 13:38
Bütün xəbərlər