İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

17:16 - 05 / 09 / 2017
İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzeni qəbul edib.

1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçiriləcək üçtərəfli görüşünə toxunaraq bu tədbiri əməkdaşlığın mühüm formatı kimi dəyərləndirdi və bunu ölkələrimizin regional əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət etdiyini dedi.

Azərbaycan Prezidenti bu formatın həm üçtərəfli, həm də ikitərəfli məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan-Gürcüstan ikitərəfli münasibətləri uğurla inkişaf edir, bütün istiqamətlərdə yaxşı nəticələr əldə edilib. Dövlətimizin başçısı ümumilikdə əlaqələrimizin inkişaf dinamikasının razılıq doğurduğunu və bir sıra mühüm sahələrdə əməkdaşlığımızın genişləndiyini vurğuladı.

Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri Mixeil Canelidze, ilk növbədə, ölkəsindəki meşə yanğınları zamanı Azərbaycanın göstərdiyi köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi və bunun ölkəsi üçün çox böyük dəstək olduğunu dedi. İkitərəfli əlaqələrin fəal surətdə inkişaf etdiyini vurğulayan Mixeil Canelidze ticarət dövriyyəsinin, iqtisadi sahədə əməkdaşlığın genişlənməsinin bunun yaxşı göstəricisi olduğunu bildirdi. Gürcüstanda strateji nəqliyyat layihələri üzrə mühüm işlərin görüldüyünü deyən nazir Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin bu il başa çatdırılacağına ümidvar olduğunu bildirdi.

Görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

S.Xankişiyeva

Paylaş:
668

Son xəbərlər

Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31
Bütün xəbərlər