Lənkəranda Olimpiya İdman Kompleksinin tikintisinə 3 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Lənkəranda Olimpiya İdman Kompleksinin tikintisinə 3 milyon manat ayrılıb

17:40 - 05 / 09 / 2017
Lənkəranda Olimpiya İdman Kompleksinin tikintisinə 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

S.Xankişiyeva

Paylaş:
540

Son xəbərlər

Bütün xəbərlər