Mübariz Əhmədoğlu: Ermənistan özünü qonşuları ilə tez-tez müqayisə etsə, uğur qazanar | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistan özünü qonşuları ilə tez-tez müqayisə etsə, uğur qazanar

11:00 - 08 / 09 / 2017
Mübariz Əhmədoğlu: Ermənistan özünü qonşuları ilə tez-tez müqayisə etsə, uğur qazanar

Ermənistanda insan hüquqlarının, söz azadlığının pozulması adi haldır. Amma burada Stalin prinsipi özünü göstərir: Kimin və necə səs verməsi vacib deyil, vacib odur ki, səsləri kim sayır. Qərbdəkilər Ermənistanda demokratiya, insan hüquqları və söz azadlığı sahəsindəki pozuntuları qeydə almırlar.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı vəziyyətlə bağlı açıqlmanı şərh edərkən bildirib:

“Yaxınlarda Söz azadlığının müdafiəsi üzrə Komitənin sədri Aşot Melikyan 2017 –ci ilin II rübü üçün hesabatını açıqlayarkən 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə jurnalistlərə qarşı zorakılığın 3 dəfə artdığını bildirib.

“Sasna srer” hadisələrində prezident S.Sərkisyan bir daha jurnalistlərin döyülməyəcəyini vəd vermişdi. S.Sərkisyan vədini yerinə yetirmədi. Ermənistanın qonşuluğunda belə hallar baş vermir.

“Qonşularla müqayisənin” digər tərəfləri də var: Gürcüstan Ermənistanın qonşusudur. 2016-cı ildə 1,56 milyard dollar investisiya cəlb edib. Əvvəlki ilə nisbətən artım 0,1 % olsa da, var.

Ermənistan heç bir qonşusuna bur sent də olsa investisiya qoymayıb və belə imkandan məhrumdur. Əgər Ermənistan özünü qonşularla müqayisə etmək istəyirsə bu parametrə də fikir verməlidir”.

Politoloqun fikrincə,  Ermənistan özünü qonşusu Azərbaycanla digər parametrlərlə də müqayisə edə bilər.

“Dağlıq Qarabağ münaqişəsinin ilk illərində SSRİ hökuməti Ermənistana 7 milyard dollar məbləğində pul köçürdü. Bu müddət ərzində Ermənistan 2 milyard dollar ABŞ-dan, 2 milyard dollar İrandan yardım alıb. Erməni diasporunun da yardımı təxminən bu miqdardadır. Aİ-nin ayırdığı 650 milyon avro olub.

Azərbaycan SSRİ-dən çıxarkən xəzinəsi sıfır idi. Bu gün Ermənistanın məcmu xarici borcu 8 milyard dollardır. Azərbaycan dünya maliyyə böhranının sıxıntılarından sonra 41 milyard dollar qızıl valyuta ehtiyatına malikdir.

Ermənistan İranla birlikdə yaratmaq istədiyi Mehri-Nordüz Azad ticarət zonasına vəsait cəlb edə bilmədi. İran, Gürcüstan, Rusiya iş adamları ilə apardığı uzun müddətli danışıqlar bu ölkələrin investorlarında inam yaratmadı.

Əhalisininin sosial təminat məsələlərinin həll edə bilməyən Ermənistan prezidenti S.Sərkisyan xalqını demokratiya, insan hüquqları və söz azadlığından da məhrum edib”.

S.Xankişiyeva

Paylaş:
810

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər