Türkiyənin Anadolu Tibb Mərkəzi onurğa beyin transplantasiyası ilə bağlı təcrübələrini azərbaycanlı həmkarlarıyla bölüşməyə hazırdır – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Türkiyənin Anadolu Tibb Mərkəzi onurğa beyin transplantasiyası ilə bağlı təcrübələrini azərbaycanlı həmkarlarıyla bölüşməyə hazırdır – FOTO – VİDEO

11:10 - 15 / 09 / 2017
Türkiyənin Anadolu Tibb Mərkəzi onurğa beyin transplantasiyası ilə bağlı təcrübələrini azərbaycanlı həmkarlarıyla bölüşməyə hazırdır – FOTO – VİDEO

Sentyabrın 8-də Mərkəzi Kliniki Xəstəxanada “Hemotologiyada yeni nailiyyətlər: Sümük iliyinin Transplantasiyası” mövzusunda seminar keçirilib.

Seminar Anadolu Tibb Mərkəzinin Sümük iliyi transplantasiyası şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor Zafer Gülbaş tərəfindən keçirilib.

Seminar zamanı professor Türkiyədə sümük iliyi bankı və qeydiyyatdan keçmiş 300 min donor üzvü haqqında geniş məlumat verib.

Qeyd edilib ki, müasir tibbi nailiyyələr hazırda hətta 60 yaşdan yuxarı xəstələr üzərində sümük iliyinin transplantasiyası əməliyyatını aparmağa imkan verir. Belə ki, 10 il öncə bu əmaliyyatlar nəinki təhlükəli, hətta mümkün deyildi. Texnologiyalar inkişaf edir və artıq yeni preparatlar mövcuddur. Bu da  xəstələrin ömrünü daha sağlam və uzun yaşamasına kömək edir.

Mərkəzi Kliniki xXəstəxananın həkimlərinin də iştirak etdiyi seminarın əsas məqsədi hemotologiya, sümük iliyi transplantasiyası sahəsində ən son yeniliklərlə tanışlıq və diaqnostikada yeni nailiyyətlər haqqında yeniliklərlə məlumatlandırmaq idi.

“Seminarın keçirilməsi, Mərkəzi Kliniki Xəstəxananın imkanları ilə tanışlıq, gələcəkdə daha geniş strateji əməkdaşlığa və təcrübə mübadiləsinə start verə bilər” – deyə, Klinikanın Beynəlxalq əlaqələr şöbəsinin Cənubi Qafqaz regionu üzrə mütəxəsisi Svetlana İsıklı iştirakçıların diqqətinə çatdırıb.

Onun sözlərinə görə Anadolu Tibb Mərkəzinin əməkdaşlarının Azərbaycana səfəri tanışlıq xarakteri daşıyır. Gələcəkdə ölkəmizdə də sümük iliyi transplantasiyası əməliyyatları üçün hazırlıq işləri aparılır:

“Həkim heyətini bu sahədə yetişdirmək üçün biz ilk növbədə tərəfdaş klinikalar tapmalıyıq. Klinikamız Azərbaycanla tərəfdaşlıq üçün əsl mərkəzə çevrilə bilər”

Sümük iliyinin köçürülməsi prossesi bir neçə mərhələdən ibarətdir - transplantasiyaya başlamaq üçün ilkin mərhələ, transpalnasiyaya başlamaq üçün qərar alınma mərhələsi, pasientin vəziyyətinin qiymətləndirilməsi və internalizasiya (transplantın keçirilməsi) əməliyyatdan sonra uzunmüddətli nəzarət. Hazırlıq dövrü daxil olmaqla bütün prosses ümumilikdə 4 aydan 6 ayadək vaxt ala bilər. Pasientin xəstəxanada qalma müddəti isə 40 gündən 50 günə qədər çəkə bilər.

Donora gəldikdə isə xəstə özü, eyni zamanda qohum şəxslərdən biri donor kimi iştirak edə bilər. Xəstənin qohumlarından heç biri tip etibarilə donorluğa uyğun gəlmədikdə və ya Türkiyə donor bankında uyğun donor tapılmadıqda dünya donor banklarına müraciət edilir.

Xüsusi laboratoriyalarda yoxlamadan keçirilən qan nümunələri götürülür. Donor isə köçürülmədən öncə ciddi yoxlamalardan keçirilir. Yoxama zamanı donorun qrupa uyğun gəlməsi təsdiqləndikdən sonra isə ümumi sağlamlıq yoxlamasından keçirilir.

Svetlana İsqıklı  qeyd edib ki, hazırda Azərbaycanda donorlar bankı yoxdur:

“Ümid edirik ki, gələcəkdə müştərək layihələri gerçəkləşdirmək, ümumi baza qurmaq üçün imkanlar yaranacaq. Bu çox uzun prossesdir, kiçik işlərdən başlayaraq irəliləmək lazımdır”.  

Onun sözlərinə görə, hər ay klinkaya hematoloji xəstəliklərdən əziyyət çəkən Azərbaycan vətəndaşları müraciət edirlər və elə hallar olur ki, sümük iliyi transplantasiyası əməliyyatı mütləq tələb olunur.

Anadolu Mərkəzi özündə hematoloji xəstələr üçün stasionar, poliklinik şöbələri, eyni zamanda afarez şöbəsi, HLA-tip müəyyənləşdirmə, kriokonservasiya labaratoriyası və toxuma bərpası şöbələrini birləşdirir.

Xərçəngin diaqnozu dəqiq sitometriya və PSR köməyi ilə molekulyar səviyyədə aparılmaqla müalicənin effektivliyini daimi nəzarətdə saxlamağı təmin edir. Mütəxəsislər xəstənin risklərini molekulyar profilini tədqiq edir və fərdi müalicə planı tərtib edirlər. 

S.İsıklı daha sonra qeyd edib ki, sümük iliyi transplantsiyası ən uzunmüddətli və çətin müalicə metodlarından biridir.

Öz növbəsində, Anadolu Tibb Mərkəzinin beynəlxalq xidmətlər şöbəsinin rəhbəri Tolga Konaç məlumat verib ki, onların mərkəzləri sümük iliyinin köçürülmə sayına görə Türkiyədə birinci, Avropada isə üçüncü  yerdə qərar tutur:

“2010-cu ildən etibarən 1600-dən çox sümük iliyi transplantasiyası həyata keçirilib. Klinika ildə təxminən 250 köçürülmə əməliyyatı aparmaqdadır”.

Tolga Konaç eyni zamanda Azərbaycanda da donor bankının yaradılmasının əhəmiyyətini vurğulayıb:

“Bu çox uzun prossesdir. Əgər Azərbaycan indi bu işə başlayarsa, donor bankının yaradılması ən azı 5 ilə başa çatacaq. Lakin bu müddəttə qədər Azərbaycan bizim donor bankımızdan və ya Ümumdünya Donorlar Bankının imkanlarından istifadə edə bilər”.

O, sözlərinə əlavə edib ki, Anadolu Tibb Mərkəzi Azərbaycanla əməkdaşlığa daim açıqdır və qardaş ölkəni bu sahədə hər zaman dəstəkləməyə hazırdır.

Reklam hüququnda

Paylaş:
1392

Son xəbərlər

Bütün xəbərlər