Sağlam nəslin yetişməsində əsas yük orta məktəblərin üzərinə düşür – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sağlam nəslin yetişməsində əsas yük orta məktəblərin üzərinə düşür – FOTO

16:10 - 04 / 10 / 2017
Sağlam nəslin yetişməsində əsas yük orta məktəblərin üzərinə düşür – FOTO

Mənəvi və fiziki cəhətdən sağlam nəslin yetişməsi, bunu bir qədər spesifikləşdirşək həmin nəslin hər bir fərdinin yetişməsində təbii ki, hər bir sosial institutun özünəmxəsus yeri var.

Təbii ki, bu ailədən başlayan bir prosesdir. Daha sonra orta məktəb, ali məktəb, iş həyatı və sair ardıcıllıqla davam edir. Hər zaman müdafiə etdiyim fikir bundan ibarətdir ki, bu prosesdə ən vacib həlqəni məhz orta məktəb təşkil edir. Təbii ki, mənimlə razılaşmayanlar ola bilər, daha doğrusu var və kifayət qədərdir. Əks arqument kimi isə həmin insanlardan eşitdiyim əsas fikir ailənin rolunun daha böyük olmasıdır. Apardığımız müzakirələr və mübahisələrdə isə bir daha əmin oluram ki, ailənin sağlam nəslin yetişdirilməsində əsas rol oynaması fikiri steriotipə çevrilib.

Təbii ki, hər bir valideyn övladının mənəvi və fiziki cəhətdən sağlam olmasını arzulayır və buna çalışır. Amma bunu hansı metodlarla edir? Bir həqiqəti qəbul etmək lazımdır ki, ailələr daha çox fərdi xüsusiyyətlər və yanaşmalar əsasında formalaşmış bir sosial institutdur. Onların verdiyi tərbiyə yetişdirdiyi övladlar da məhz bu xüsusiyyət və yanaşmaların məhsulu olur. Bu, birbaşa valdeyninin savadı, dünya görüşü, sosial statusu kimi məsələlərdən asılıdır. Yəni sadə dillə desək, bütün valideynlər müəllim deyil. Halbuki sözügedən sağlam düşüncəli nəslin yetişdirilməsi peşəkar yanaşma tələb edir.

Ona görə də orta məktəblər bu məsuliyyəti üzərinə götürməlidir. Məhz məktəb yalnız uşaqlara akademik biliklər verməklə məşğul olmamalıdır. Nə qədər çeynənmiş bir fikir kimi səslənsə də bunu deməyə məcburam: "Məktəblər şagirdləri, yalnız universitetə yox həyata hazırlamalıdır". Hazırda ölkəmizdə fəaliyyət göstərən və mütəlq əksəriyyəti təşkil edən dövlət məktəbləri bunu edə bilirmi sualına cavab axtarmaqla sizi yormaq istəmirəm. Hərçənd ki, mənim buna birmənalı cavabım var. Xeyr.

Amma doğru yanaşmanı tətbiq edən nadir istisnalar var ki, məncə elə örnək model kimi onların təcrübəsi götürülə bilər. Bununla bağlı SABİS SUN beynəlxalq məktəbində tanış olduğum metodiki yanaşmanı sizinlə bölüşmək istərdim.

Burada Şagird Həyatı Təşkilatı (ŞHT) adlı bir layihə hayata keçirilir. Bu, tələbələrin məktəb həyatının bir çox aspektləri üçün məsuliyyət daşımasına imkan verən bir təşkilatdır. Buradakı əsas prinsip, tələbələrin real həyat təcrübəsi əsasında geniş mənada həyata hazırlamaqdır. Burada əsas prinsip fərdi xüsusiyyətlər və istedadları nəzərə alınmaqla şagirdlərin özünü yetişdirməsinə yardımçı olmaq və onlara ümumi qlobal dəyərləri aşılamaqdır. ŞHT akademik standartları yüksəltmək, yüksək sosial və əxlaqi dəyərləri təşviq etmək, şagirdlərin şəxsi inkişafına şərait yaratmaq, ünsiyyət və idarəetmə bacarıqlarını inkişaf etdirmək üçün bir neçə departamenti özündə birləşdirən sistemdir. Fikrimcə bu orta məktbdə heç də akademik biliklərin verilməsindən az əhəmiyyətli deyil.

 

Şagird Həyatı Təşkilatı əslində məktəbin nəzarətində olan, dəstəklənən, amma şagirdlərin özünün idarə etdiyi bir sistemdir və məktəbin gündəlik fəaliyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Sistemin akademik təhsili tamamlamasını elementar götürək. Məsələn, hansısa şagird müəyyən fəndən dərsləri qavramaqda çətinlik çəkir.

Təbii ki, məktəbdə qurulmuş düzgün sistem nəticəsində müəllimlə yanaşı, şagirdin özü və yoldaşları da bunun fərqində olur. Artıq şagird özü bunu aradan qaldırmaq üçün birbaşa ŞHT-yə üz tutur. Ən maraqlısı da budur ki ona məhz sinif yoldaşları, yaxud yuxarı sinifdə olan şagirdlər kömək edir. Əldə olunan nəticə isə həmin şagirdin yaxşı qavramadığı hansısa dərsi öyrənməsindən çox böyükdür. Həm öyrənən, həm də öyrədən şagirddə özgüvən, yardımlaşma, qayğıkeşlik kimi dəyərləri aşılayır.

ŞHT-nin təşkilatçılığında məktəbdə tez-tez müxtəlif sosial aktivitələr, tədbirlər keçirilir. Bu hansısa müsabiqə, idman yarışı, əyləncəli oyun, yaxud əlamətdar günlərlə bağlı tədbirlər ola bilər. Maraqlısı budur ki, həmin tədbirlərin təşkilatçılığı da elə şagirdlərin özlərinə həvalə edilir. İlk baxışdan kiçik bir detal kimi görünə bilər. Əslində isə bu yanaşma həmin uşaqlarda təşkilatçılıq qabiliyyətinin formalaşması, çıxış yolu tapmaq, qərar qəbul etmək kimi özünə inam yaradan vacib xüsusiyyətləri formalaşdırır. Axı bunlar fərd üçün ən az akademik biliklər qədər  əhəmiyyətlidir.

Daha bir maraqlı misal çəkim. Məktəbdə nizam-intizam qaydalarına riayət edilməsində şagirdlər böyük rol oynayır. Bunu ŞHT-nin intizam departamentinə üzv olan şagirdlər həyata keçirir. Amma bu bizim orta məktəblərdə gördüyümüz növbətçilikdən çox fəqlənir. Çünki yanaşma inzibati amirlik üzərində yox, hörmət və qayğı üzərində qurulub. Şagirdlər özləri də inanırlar ki, intizam qaydalarına riayət etmək məhz onların rahatlığı və təhlükəsizliyi üçündür.

Başlıcası da budur ki, ŞHT-nin fəaliyyəti məktəb divarları ilə məhdudlaşmır. Nəzərə alsaq ki, uşaq günün təxminən 5-6 saatını məktəbdə keçirir. Valideynlər tez-tez məktəbə dəvət olunur və onlar da ŞHT aktivitələrində iştirak edir. Nəticədə valideynlər də düzgün tədris və tərbiyə üsulları ilə tanış olur və onun bir parçasına çevrilirlər.

Diqqətçəkən başqa bir məqam təşviqedici üsulların olmasıdır. Nəzərə almaq lazımdır ki, məktəbli yaşlarında olanlar üçün bu hər zaman özünü doğruldan təcrübədir. ŞHT  vaxtaşırı düşərgələr, ekskursiyalar təşkil edir. Hətta ən aktiv və seçilən şagirdlər xarici ölkələrdəki beynəlxalq kamplara göndərilir. Hansı ki, həmin kamplara SABİS təhsil şəbəkəsinə daxil olan dünyanın dörd bir yanından şagirdlər  gəlirlər. Bunun şagirdə yaratdığı təəssüratı və onun dünya görüşünə müsbət təsirini izah etmək yəqin ki, artıqdır.

İndi belə bir sual vermək istəyirəm.   Həyat üçün vacib olan bu bilik, bacarıq, vərdiş və xüsusiyyətlərin hamısını ailələrdə uşaqlara aşılamq mümkündürmü?  Əgər siz də bunun ritorik sual olduğunu düşünürsüzsə seçiminizi də buna görə edin.

Vamiq Nəsirov

Reklam hüququnda

 

Paylaş:
2001

Son xəbərlər

Müdafiə Nazirliyinin rəhbərliyi “ADEX” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edibBu gün, 13:07Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:05Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilibBu gün, 12:44Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilibBu gün, 12:37Ağdamda istehsalat müəssisələrinin Azərbaycan iqtisadiyyatına təsirləri – “Bu, yeni ixrac imkanları deməkdir” - ŞƏRHBu gün, 12:31Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıbBu gün, 12:09Beynəlxalq axtarışda olan altı nəfər Azərbaycana ekstradisiya edilibBu gün, 12:04Bu gün Əminə Yusifqızının doğum günüdürBu gün, 11:54FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:04Qızılın bahalaşması davam edirBu gün, 10:48AZAL Təl-Əviv və əks istiqamətdə reysləri dayandırıbBu gün, 10:44Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, yaralı varBu gün, 10:33QDF Şuşa şəhərinə konsert royalının hədiyyə edilməsi ilə bağlı “Qarabağ gecəsi” konsertini keçirib - FOTOBu gün, 10:21DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:14İtaliyanın müdafiə naziri Azərbaycana səfər edibBu gün, 10:11Yağış yağıb, 29 dərəcəyədək isti olub - Faktiki havaBu gün, 09:59AZAL COP29 tədbiri zamanı aviareysləri təxirə salacaq? - CAVABBu gün, 09:41Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:35Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:24Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12
Bütün xəbərlər