Ərdoğan: Vətən müharibəsi Asiya və Avropadakı geopolitik reallıqları da dəyişdi
“Bu sülh və güvən daha da güclənməyə davam edəcək”.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda deyib.
Türkiyə Prezidenti bildirib ki, Qarabağ Zəfəri vicdanları qanadan böyük ədalətsizliyi sonlandırmaqla qalmadı, eyni zamanda, bölgədə yeni dövrün qapılarını araladı: “Vətən müharibəsi Asiya və Avropadakı geopolitik reallıqları da dəyişdi. Biz nə kin tutarıq, nə də keçmişdəki acıların təkrar yaşanmasına icazə verərik”.
63












