“Euronews” telekanalı Lahıca həsr olunmuş reportaj təqdim edib – VİDEO
“Euronews” telekanalının "Postcards" proqramı növbəti reportajını Azərbaycanın Lahıc şəhərinə həsr edib.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Avrora Velesin müəllifi olduğu reportajda, "Postcards" proqramının tamaşaçıları Azərbaycan haqqında məlumatlandırmaqda davam etdiyi qeyd olunur.
Materialda qeyd olunur ki, Lahıc şəhəri XVIII-XIX əsrlərdə mis qab və soyuq silah hazırlanmasında əsas istehsalat mərkəzlərindən biri olub.
Reportajda Lahıcda hazırlanmış mis əşyaların Luvr və dünyanın digər mötəbər muzeylərində sərgiləndiyi vurğulanır:
“Lahıc tarix-mədəniyyət qoruğu “Böyük İpək Yolu” beynəlxalq turizm marşrutuna daxil edilib”.
S.Xankişiyeva
809