Yevlaxda avtomobillə traktor toqquşub, bir nəfər ölüb
Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 20 radələrində rayonun Hürüuşağı kəndində qeydə alınıb.
Belə ki, Mingəçevir şəhər sakini Yunis Fərzəliyev idarə etdiyi “VAZ-2112” markalı avtomobili qarşıda gedən Salahlı kənd sakini Aslan Kərimovun idarə etdiyi “T-40” markalı traktora vurub. Nəticədə Y.Fərzəlyevin xəstəxanaya yerləşdirilən sərnişini Flora Rzayeva orada ölüb.
Faktla bağlı Yevlax RPŞ tərəfindən araşdırma aparılır.
Babək Cahandarov
1208