“Sən supersən!” müsabiqəsi Rusiyanın televiziya sahəsində mükafatına layiq görülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sən supersən!” müsabiqəsi Rusiyanın televiziya sahəsində mükafatına layiq görülüb

12:38 - 05 / 10 / 2017
“Sən supersən!” müsabiqəsi Rusiyanın televiziya sahəsində mükafatına layiq görülüb

Rusiyanın NTV telekanalı və Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun birgə layihəsi olan “Sən supersən!”, Rusiyanın televiziya sahəsində nailiyyətlərə görə verilən TEFİ (ТЭФИ) mükafatına layıq görülüb.

1news.az-ın Sputnik-ə istinadla verdiyi xəbərə görə, mükafat Moskvada keçirilən mərasimdə təqdim edilib. “Orfey” xüsusi mükafatına isə “Sən supersən!” vokal müsabiqəsinin finalı layiq görülüb.

“Uşaq evindən olan və ömründə öz kiçik şəhərindən qırağa çıxmayan, indi isə Moskvada televiziyaya çıxan 7 yaşlı bir balaca uşağın sizi qucaqlayıb “çox sağ olun” deməsi təsəvvür etmədiyiniz hissləri yaşadır. Bu çox dəyərlidir və əminəm ki, bizim hamımız üçün ən vacibi elə bu idi” - deyə NTV telekanalının baş prodüseri Timur Vaynşteyn mükafatı qəbul edərkən söyləyib.

“Müsabiqədə iştirak edən bütün uşaqlar Sputnik agentlıyi üçün əziz insanlara çevriliblər. Əməkdaşlarımız indiyədək onlarla isti, demək olar ki, ailə üzvləri kimi ünsiyyətdədirlər” -  deyə Sputnik agentliyinin baş redaktor müavini Andrey Blaqodırenko bildirib.

2018-ci ilin əvvəlində Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu və NTV telekanalı “Sən supersən!” layihəsinin ikinci mövsümünə start verəcək. Bu layihə, valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara böyük səhnəyə gedən yolda ilk addımlarını atmağa imkan yaradacaq. Seçim artıq başlayıb.

Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu və NTV telekanalının “Sən supersən!” layihəsi Rusiya, Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Estoniyadan uşaq evləri, internatlarda yaşayan, eləcə də uşaqlığa götürülmüş 92 gənc istedadı birləşdirə bilib. Finalda iştirak edən 10 gənc arasında Valeriya Adleyba müsabiqənin qalibi seçilib.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə (ərəb, ingilis, ispan, italyan, Çin, polyak, portuqal, serb, türk, fransız, hind) saytları, analoq və rəqəmsal radioyayımı (dünyanın 80 şəhərində), mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

S.Xankişiyeva

Paylaş:
718

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər