Bakıda Meksikanın turizm imkanları təqdim olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Meksikanın turizm imkanları təqdim olunub

19:52 - 06 / 10 / 2017
Bakıda Meksikanın turizm imkanları təqdim olunub

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Meksikanın turistik təkliflərini və bu sektorun imkanlarını təqdim etmək məqsədilə müxtəlif yerli səyahət agentliklərinin nümayəndələri ilə görüş keçirib.

1news.az -a səfirlikdən verilən məlumata görə, konfrans zamanı diplomat milli iqtisadiyyatın inkişafında turistik sektorun əhəmiyyətini qeyd edib. Bundan əlavə, sektora aid hazırkı göstəricilər haqqında məlumat verərək, onun ÜMD-nun 9% təşkil etdiyini vurğulayıb.

Səfir Labardini turizmin həm iqtisadi sabitlik, həm də ölkənin dünyada tanınması və təşviqi üçün vacib olan bir sıra sahələrlə əlaqəsini diqqətə çatdırıb.

 Bu baxımdan, qeyd olunub  ki, ölkənin çoxsaylı qeyri-maddi zənginlikləri və abidələri YUNESKO tərəfindən bəşəriyyətin İrsi elan edilib. Həmin təşkilat dünyanın təxminən 204 şəhərini bu adla təltif etmişdir ki, onlardan 10-u Meksikada yerləşir. Bu yerlər unikal mədəni nümunəni təqdim etməkdən əlavə, mükəmməl memarlıq və tarixi orijinallığı ilə ifadə olunur. Hər biri mətbəx, tədbir və festivallar, memarlıq, əl işi sənəti və digər zənginlikləri sayəsində Meksikanın və xarici ölkələrinin digər şəhərlərindən özünəməxsus fərqliliyi ilə seçilir.

Meksikanın şəhərləri və regionlarının xüsusiyyətlərindən söhbət açaraq, “Pueblos Mágicos” (Sehirli Kəndlər – tərc.) anlayışı haqqında danışıldı. Bu ad 2001-ci ildə, ölkədə turizmin inkişafına yönlənən dövlət proqramı sayəsində yarandı. Bugün Meksikanın 111 Sehirli Kəndi var və onlardan hər biri adət-ənənələr, tarixçələr, əfsanələr, mətbəx və digər ictimai-mədəni nümayişlərdə orijinallığı təqdim edərək, yüksək sayda xarici ziyarətçiləri cəlb edir.

P.Sultanova

 

Paylaş:
382

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər