Həftənin ilk iş gününə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Həftənin ilk iş gününə olan hava proqnozu açıqlanıb

13:13 - 08 / 10 / 2017
Həftənin ilk iş gününə olan hava proqnozu açıqlanıb

Oktyabrın 9-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 1news.az  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 20-25° isti, Bakıda gecə 14-16°, gündüz 22-24° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15°, gündüz 20-25° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.

1news.az  

Paylaş:
428

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər