Acun İlıcalı azərbaycanlı çobanla bağlı göstəriş verdi – İstanbulu gəzəcək – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Acun İlıcalı azərbaycanlı çobanla bağlı göstəriş verdi – İstanbulu gəzəcək – VİDEO

09:25 - 09 / 10 / 2017
Acun İlıcalı azərbaycanlı çobanla bağlı göstəriş verdi – İstanbulu gəzəcək – VİDEO

Türkiyənin TV8 kanalında yayımlanan “O ses Türkiye” yarışmasında maraqlı hadisə yaşanıb.

1news.az-ın “Ölkə.az”-a istinadən verdiyi xəbərə görə, yarışmanın düən axşam yayımlanan bölümündə iştirak edən və bir müddət öncə Azərbaycan mediasının tirajlamasından sonra səsi ilə hamını valeh edən və Neftçaladan olan çoban Pərvin Səfərov müsabiqə münsiflərinin rəğbətini qazana bilib. Belə ki, dörd münsifdən üçü Pərvini komandasında görmək istəyib.

Oxuduğu mahnıdan sonra öz həyatından bəhs edən Pərvin İstanbulda olmağın həmişə xəyalı olduğunu deyib. Proqramın aparıcısı tanınmış televiziyaçı Acun İlıcalı Pərvin üçün İstanbul gəzintisi təşkil etməyi əməkdaşlarına tapşırıb.

Acunun bu addımı zalda müsabiqəni izləyən tamaşaçılar tərəfindən də alqışla qarşılanıb.

Babək Cahandarov

Paylaş:
905

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər