Təhsil naziri Horadiz şəhərində vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil naziri Horadiz şəhərində vətəndaşları qəbul edəcək

20:45 - 10 / 10 / 2017
Təhsil naziri Horadiz şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov oktyabrın 16-da Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.

1news.az-ın məlumatına görə, saat 10:00-da başlayacaq qəbulda Füzuli ilə yanaşı Ağdam, Beyləqan və Tərtər rayon sakinləri, eləcə də  Ağdam, Füzuli, Beyləqan və Tərtər rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə biləcəklər.

Qəbula gəlmək istəyən vətəndaşlar 10-12 oktyabr tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna zəng etməklə (“Qaynar xətt” xidməti) və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə (http://edu.gov.az/az/contacts/request)  daxil olmaqla elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Babək Cahandarov

Paylaş:
490

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər