Bu gün Beynəlxalq Qızlar Günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Beynəlxalq Qızlar Günüdür

15:04 - 11 / 10 / 2017
Bu gün Beynəlxalq Qızlar Günüdür

Bu gün 11 oktyabr - Beynəlxalq Qızlar Günüdür.

Beynəlxalq Qızlar Gününün qeyd olunması barədə qətnamənin qəbuluna dair təşəbbüs BMT Baş Assambleyasında Kanada tərəfindən irəli sürülüb. Qətnamənin qəbulu ilə bağlı prosedurlarla Kanadanın qadın problemləri üzrə naziri Rona Embrouz məşğul olub.

2011-ci ilin dekabr ayının 10-da, BMT Baş Assambleyası Beynəlxalq Qızlar Gününün 2012-ci ilin 11 oktyabr tarixindən başlayaraq qeyd olunması ilə bağlı qətnamənin qəbulunu səsverməyə çıxarıb.

Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.

Eyni zamanda bu bayramın məqsədi diqqəti dünyada qızların zərif cinsin nümayəndələri olması ilə bağlı onların bilavasitə üzləşdikləri sosial problemlərə və qeyri-bərabərlik hallarına cəlb etməkdir.

Təhsil almaq, sağlam qidalanmaq, tibbi xidmət imkanı, sosial hüquqlar, habelə uşaq yaşlarında ayrı-seçkilikdən, zorakılıqdan və məcburi evlilikdən müdafiə olunmaq həmin problemlər sırasındadır.

Hazırda dünyada 1,1 milyard qız var. Ötən hər 10 dəqiqədə bir gənc qız şiddət qurbanı olur. Dünyada 10-19 yaşlı qızların sayı 600 milyondur. Ümumiyyətlə, dünyada 700 milyon qız 18 yaşa çatmamış nikaha daxil olub. Demək olar ki, bir çox ölkələrdə cinsi ayrı-seçkilik, qız uşaqlarının təhsil hüququ və səhiyyə xidmətlərindən məhrum edilməsi, erkən və məcburi nikahlar, şiddət, qız uşaqların abort edilməsi problemləri hökm sürür.

Qız uşaqlarına qarşı haqsızlıq əleyhinə təsis edilmiş Beynəlxalq Qız Övladları Günündə hər il BMT-yə üzv dövlətlər, qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif tədbir, aksiya və kampaniyalar keçirilir.

Hər il bir mövzu ətrafında qeyd edilən bu günün cari ildəki şüarı “Qızlara səlahiyyət vermək: Təcili müdaxilə və dayanıqlılıq planlaması”dır.

Təəssüf ki, əhalisinin təxminən yarısını qadınların təşkil etdiyi Azərbaycanda da qız övladına münasibət birmənalı deyil. Cəmiyyətimizdə hökm sürən bir sıra mənfi stereotiplər bəzən qızların ailədə arzuolunmaz övlad olmasına səbəb olur. Say nisbətinin pozulması isə gələcəkdə qarşısı çətin alınan bir sıra problemlər yarada bilər. Bununla əlaqədar bir çox qurumlar müxtəlif maarifləndirmə tədbirləri və kampaniyalar təşkil edirlər.

Məhəmməd Peyğəmbərin bir hədisində deyilir: “Qız övladları rəhmət, oğlanlar isə nemətdir. Allah nemətə görə sorğu-sual edər, rəhmətə görə isə mükafatlandırar”.

Babək Cahandarov


Paylaş:
2999

Son xəbərlər

Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulubBu gün, 13:16Müdafiə Nazirliyinin rəhbərliyi “ADEX” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edibBu gün, 13:07Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:05Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilibBu gün, 12:44Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilibBu gün, 12:37Ağdamda istehsalat müəssisələrinin Azərbaycan iqtisadiyyatına təsirləri – “Bu, yeni ixrac imkanları deməkdir” - ŞƏRHBu gün, 12:31Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıbBu gün, 12:09Beynəlxalq axtarışda olan altı nəfər Azərbaycana ekstradisiya edilibBu gün, 12:04Bu gün Əminə Yusifqızının doğum günüdürBu gün, 11:54FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:04Qızılın bahalaşması davam edirBu gün, 10:48AZAL Təl-Əviv və əks istiqamətdə reysləri dayandırıbBu gün, 10:44Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, yaralı varBu gün, 10:33QDF Şuşa şəhərinə konsert royalının hədiyyə edilməsi ilə bağlı “Qarabağ gecəsi” konsertini keçirib - FOTOBu gün, 10:21DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:14İtaliyanın müdafiə naziri Azərbaycana səfər edibBu gün, 10:11Yağış yağıb, 29 dərəcəyədək isti olub - Faktiki havaBu gün, 09:59AZAL COP29 tədbiri zamanı aviareysləri təxirə salacaq? - CAVABBu gün, 09:41Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:35Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:24
Bütün xəbərlər