Avtomobildə pirotexniki vasitələr aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomobildə pirotexniki vasitələr aşkar edilib

18:15 - 11 / 10 / 2017
Avtomobildə pirotexniki vasitələr aşkar edilib

Pirotexniki vasitələrin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin 4 qapısının hər birinin örtüklərinin arxasından üzərində “Mega Black Devil P23” sözləri yazılan və hər birində 40 ədəd olmaqla 36 qutu pirotexniki vasitə- petarda, üzərində “Sterminator” sözləri yazılan hər birində 12 ədəd olmaqla 37 qutu fişəng aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
410

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər