Bakı-Quba yolunda ağır qəza: sürücü yük maşınını aşırdı
Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 32-ci kilometrliyində “Shacman“ markalı yük avtomobili yolda idarəetməni itirərək aşıb.
1957-ci il təvəllüdlü sürücü Qasımov Firudin Əziz oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Babək Cahandarov
403