Gömrükçülər yağ qutularında papiros aşkarlayıb
Gömrükçülər yağ qutularında papiros aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin “Şirvanovka” gömrük postundan keçməklə Rusiya Federasiyasından Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə gömrük baxışı keçirilib. Bu zaman vətəndaşa məxsus qutularda yağların altından ümumi sayı 126 qutu "Belomorkanal" markalı papiros aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
1news.az
412