IMAGINE ilk Avropa Tolerantlıq Festivalının açılışı olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

IMAGINE ilk Avropa Tolerantlıq Festivalının açılışı olub - FOTO

09:36 - 13 / 10 / 2017
IMAGINE ilk Avropa Tolerantlıq Festivalının açılışı olub - FOTO

Bakıda IMAGINE ilk Avropa Tolerantlıq Festivalının rəsmi açılışı keçirilib.

1news.az xəbər verir ki, mərasimdə xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas çıxışında bildirib ki, bu gündən başlayaraq bir həftə ərzində Bakı tolerantlıq mərkəzinə çevriləcək. Festival çərçivəsində sənədli filmlərin nümayişi, debatlar, konsertlər, film müzakirələri olacaq.

Səfir bu festivalın təşkilində dəstək verən bütün qurumlara təşəkkürünü bildirib.

Qeyd edək ki, IMAGINE ilk Avropa Tolerantlıq Festivalı Roma müqaviləsinin 60 illik yubileyi münasibəti ilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Aİ-yə  üzv dövlətlərinin Azərbaycanda akkreditə olunmuş səfirlikləri, İsveçrə, Norveç, Peru, İsrail, Meksika, Argentina, Kuba və Braziliyanın səfirlikləri, Park Cinema, Landmark Hotel, DocuBaku, "United Cultures", Baku Media Centre, YARAT ilə birgə əməkdaşlıq çərçivəsində Asan radio 100 FM-in dəstəyi ilə keçirilir.

Gianfranco Rosi tərəfindən çəkilmiş və 2016-cı ildə İtaliyada təqdim olunmuş "Fuocoammare" sənədli filminin nümayişindən sonra "Sounds Different" adlı açılış konserti təqdim olunub.

12-20 oktyabr tarixlərində keçirilən festival çərçivəsində 34 sənədli film və bir-birindən maraqlı tədbirlər, müzakirələr, debatlar, konsertlər, teatr tamaşaları təşkil olunacaq.

Daha ətraflı proqram bu linkdə: www.sizinavropa.az/imagine/program

P.Sultanova

 

 

Paylaş:
583

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər