İraqda tapılan Abdulla Azərbaycana gətirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İraqda tapılan Abdulla Azərbaycana gətirilib

09:40 - 13 / 10 / 2017
İraqda tapılan Abdulla Azərbaycana gətirilib

İraqdakı uşaq evində saxlanılan Abdulla adlı azərbaycanlı uşaq Bakıya gətirilib.

1news.az bu barədə Azərbaycan XİN-ə istinadla xəbər verir.

Uşaq Azərbaycanın İraqdakı səfirliyinin əməkdaşlarının müşayəti ilə gecə saatlarında Bakıya gətirilib.

Xarici İşlər Nazirliyinin mətbuat ‎xidmətinin rəhbəri Hikmət Hacıyev 1news.az açıqlamasında bildirib ki, ölkəyə ancaq Abdulla gətirilib:

“Abdullanın Xədicə adında bacısı olması barədə məlumat dəqiq deyil. Bu barədə ancaq mətbuat yazıb. Orda digər azərbaycanlı uşaqların da ola bilməsi ilə bağlı  araşdırmalar davam edir”.

H.Hacıyev deyib ki, Abdullanın yaxın qohumları müəyyən edilib və hazırda uşağın onlara təhvil verilməsi prosesi aparılır.

P.Sultanova

 

Paylaş:
740

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər